AZ

Paşinyan Müstəqillik Bəyannaməsi haqda əvvəlkilərdən fərqli daha bir fikir söylədi...

Image

Əli Orucov: "Erməni cəmiyyəti həmin xəstə ideologiyanın və təbliğatın təsirindən çıxa bilmir, bu bir millət üçün faciədir"

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər ölkənin müstəqillik bəyannamasi ilə bağli təzadlı fikirlər səsləndirir. Bir neçə gün əvvəl baş nazir demisdi ki, nə Ermənistan konstitusiyasında, nə də müstəqillik bəyannaməsində Azərbaycan Respublikasına qarşi heç bir ərazi iddiasi yoxdur. Dünən isə Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqillik Bəyannaməsini ermənilər üçün “ən böyük problem və faciə” adlandırıb.

"Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz", - baş nazir parlamentdə çıxışı zamanı deyib.

Paşinyan ölkənin dövlət siyasətinin bu bəyannamədə təsdiq edilmiş prinsiplərə əsaslanmalı olub-olmaması ilə də maraqlanıb. Onun sözlərinə görə, İrəvan sənədin normalarına əməl etməyə davam edərsə, respublika “qaçılmaz olaraq müharibəyə girəcək”.

Ermənistan konstitusiyası 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edir, ona əsasən Dağlıq Qarabağ ölkənin bir hissəsidir. Bakı Ermənistandan sülh müqaviləsi bağlamaq üçün konstitusiyaya dəyişiklik etməyi tələb etdi.

Bu ilin yanvarında Ermənistanın baş naziri yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, əsas qanunda Müstəqillik Bəyannaməsinə istinad “sülhün bərqərar olmasına mane olur”. 2023-cü ilin oktyabrında Paşinyan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyan bəyannamə imzalayıb.

Nə baş verir, Pasinyanı ziddiyyətli bəyanatlar verməyə, xaotik addımlar atmağa vadar edən nədir?

Bizimlə söhbətində politoloq Əli Orucov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsini ölkənin ən böyük faciəsi adlandırması bu dövlətin yalanlar üzərində qurulmasının və uzun illər hakim olan ideologiyanın iflasının etirafıdır: "Paşunyanın özü də həmin bəyanamədə və Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğunu inkar etməsinə baxmayaraq, özünün dediyi kimi, bir neçə dəfə oxuduqdan sonra anladı ki, bu konstitusiya və bəyannamə ilə Ermənistan daim qonşuları ilə müharibə vəziyyətində olacaq. Məhz rəsmi Bakı da davamlı və etibarlı sülhün əldə edilməsi üçün haqlı olaraq Konstitusiya dəyişikliklərini tələb edir ki, sonradan münaqişə və gərginlik üçün əsas olmasın. Maraqlı məqam ondan ibarətdir ki, erməni cəmiyyəti həmin xəstə ideologiyanın və təbliğatın təsirindən çıxa bilmir, bu bir millət üçün faciədir. Ermənilərin reallıq hissini itirməsini baş nazirin özü də təsdiq edir.

Hesab edirəm ki, sülhə əngəl olan məsələlər aradan nə qədər tez qaldırılsa, bir o qədər həm region, həm də Ermənistan qazanar".

Dəniz NƏSİRLİ





Seçilən
66
50
baki-xeber.com

10Mənbələr