AZ

Tik-Tokda çox vaxt keçirənlər şəkər xəstəsi ola bilər - ŞOK AÇIQLAMA

Son 30 ildə dünyada şəkər xəstəliyi halları ikiqat artıb. Dünya Səhiyyə Təşkilatı və NCD-RisC tərəfindən aparılan araşdırmaya görə, hazırda dünyada 828 milyondan artıq insan şəkərli diabetdən əziyyət çəkir.

Bəs Azərbaycanda şəkər xəstələrinin sayında artım müşahidə olunurmu? Ümumiyyətlə, xəstəliyin artmasının səbəbləri nədir?

Avtosfer.az xəbər verir ki, Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən endokrinoloq həkim Emin Ağabalayev şəkərli xəstələrin sayının artmasının bir sıra amillərlə bağlı olduğunu bildirib:

"Səbəblərdən birincisi irsiyyət faktıdır. Çünki bu xəstəliyin irsi başlanğıcı olur. Hər nə qədər insanlar bunun sonradan yarandığını desə də, diabet orqanizmdə tədricən formalaşır və irsidir. İkinci səbəb düzgün qidalanmamaqdır. Ümumiyyətlə, qida mədəniyyətimiz şəkər tərkibli qidalarla o qədər zəngindir ki, biz onları tərk edə bilmirik. Bu da həmin irsi meyilliliyi bir az da dərinləşdirir. Fiziki aktivliyin və düzgün yuxu rejiminin olmaması şəkərli diabetin formalaşmasına səbəb olur".

Mütəxəssis Azərbaycanda bu xəstəliyin cavanlaşdığını da vurğulayıb:

"Əvvəllər 40 yaşındakı insanlara qoyduğumuz diaqnozları indi 20 yaşlarındakılar qoyuruq. Bu, artıq mövcud vəziyyətin göstəricisidir. Bu sahədə tədbirlər görülməlidir. Cəmiyyət TV və radio vasitəsilə maarifləndirilməli, düzgün qida rejimi, fiziki aktivlik və yuxu rejiminə riayət etməyə təşviq edilməlidir. Əfsuslar olsun ki, sosial şəbəkələr insanlara vaxtında yatmaq və oyanmağa imkan yaratmır. Bu da səbəblərdən biridir. Çünki yuxu rejiminin olmaması şəkərli diabetin yaranma səbəblərindən biridir. İnsanlar kütləvi halda vitamin D çatışmazlığından əziyyət çəkir. Vitamin D çatışmazlığı da insanlarda şəkərli diabet formalaşmasında xüsusi rol oynayır".

Seçilən
66
50
avtosfer.az

10Mənbələr