AZ

Füzulidə də günəş elektrik stansiyası tikiləcək

Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərarı imzalayıb. Sənədə əsasən, qoyuluş gücü 160 meqavat olan günəş elektrik stansiyasının tikintisi üçün 482 hektar torpaq sahəsi ayrılıb.

Energetika Nazirliyi sözügedən qərarla müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 482 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır. Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verdikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Seçilən
40
22
xalqqazeti.az

10Mənbələr