AZ

Azərbaycanda dəhşət - kişi hamilə arvadını xəstəxanada qoyub qaçdı - VİDEO

Hamilə qadın həyat yoldaşının onu xəstəxanaya yerləşdirdikdən sonra xaricə qaçdığını iddia edir...

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, 40 gündür həyat yoldaşının yolunu gözləyən qadın artıq Bakıdakı sığnacaqlardan birinə yerləşdirilib.

Artıq 6 aylıq hamilə olduğunu bildirən Tünzalə Ağayeva iddia edir ki, həyat yoldaşı onu Astaradan Bakıya müalicəyə gətirib və xəstəxanaya yerləşdirib, ancaq sonra yoxa çıxıb.

Özünün dediyinə görə, Tünzalə 5 il əvvəl sevib-seçdiyi Nail Mirzəyev adlı şəxslə ailə qurub. Çütlüyün rəsmi nigahı yoxdur, onlar kəbinlə yaşayıblar. 2024-cü ilin oktyabr ayının 4-dək Tünzalə həyat yoldaşı, qaynanası və qayınatası ilə birgə yaşayıb. Daha sonra səhhətində yaranan problemlə bağlı Nail ilə birgə Bakıya gəlib. 40 gündür xəstəxanada yolunu gözlədiyi əri onun ardınca bir daha gəlməyib.

Tünzalə Ağayeva iddia edir ki, həyat yoldaşı ona müxtəlif vaxtlarda şiddət göstərib, ancaq buna baxmayaraq, o, ailəsi ilə barışmaq istəyir.

Seçilən
51
5
musavat.com

10Mənbələr