Artıq bir neçə gündür ki, paytaxt Bakıda möhtəşəm COP-29 konfransı keçirilir.
Bununla bağlı ölkəmizə xeyli sayda rəsmilər, turistlər təşrif buyurub. Təbii ki, tədbirdən sonra qonaqlar Bakının gözəlliyini görməyə tələsir, şəhərin mərkəzi küçələrinə, dənizkənarı bulvara axın edirlər.
Bəs turistlərin Bakıda bəyəndikləri nələrdir? Onların ölkəmiz, paytaxtımızla bağlı hansı təəssüratları var?
TV Musavat-ın əməkdaşları bu sualla Bakıya gəlmiş qonaqlara müraciət edib, onlarla söhbətləşib.