AZ

Qalkindən Puqaçova və övladları ilə paylaşım

Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən yumorist Maksim Qalkin paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi uzun müddətdən sonra həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova, övladları Yelizavetta və Qarri və Allanın ilk nikahından olan qızı, Rusiyanın Əməkdar artisti Kristina Orbakayte ilə çəkdirdiyi fotosunu instaqram səhifəsində bölüşüb. 

Maksim sözügedən şəkilə “Daha beş konsert və evə” qısa şərhini yazıb.

Xatırladaq ki, Maksim ötən gün San Dieqoda konsert proqramı ilə çıxış edib. 

Qeyd edək ki, 75 yaşlı Alla Puqaçovadan əvvəllər hərbi xüsusi əməliyyata açıq şəkildə qarşı çıxan və tənqid edən yumorist əri Maksim Qalkinin ardınca RF Silahlı Qüvvələrini nüfuzdan saldığına görə "xarici agent" kimi tanınması və yoxlanılması tələb olunub. Bu ilin martında ictimai fəal Vitali Borodin Puqaçovanın "xarici agent" kimi tanınması prosedurunun artıq başladığını bildirib.

Puqaçovanın özü bu məsələ ilə bağlı açıqlama vermir və vəziyyəti yalnız bir dəfə şərh edərək, “sevimli ölkəmin "xarici agent"ləri sırasına daxil olmağı xahiş edib və “yanlış məqsədlər naminə bizim oğlanların ölümünü dayandırmaq” istədiyini bildirib. 

Bundan sonra bəziləri müğənnini dəstəkləyib, bəziləri onu tənqid edib. 

Rusiyanın Ukraynaya hücümu başladıqdan sonra məşhur ailə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb, lakin vaxtaşırı Böyük Britaniya, Yurmala və Kiprdə yaşayır. Alla Puqaçova zaman-zaman iş üçün ölkəsi Rusiyaya gəlir.

Seçilən
39
olay.az

1Mənbələr