AZ

Mask Zelenskini məsxərəyə qoydu - Bu sözlərinə görə...

Amerikalı milyarder və sahibkar İlon Mask Ukrayna lideri Volodimir Zelenskiyə istehza edir, onun Kiyevin müstəqilliyi ilə bağlı sözlərini ələ salır.

Publika.az xəbər verir ki, bunu Polşanın “Do Rzeczy” portalı yazıb.

Portal bildirir ki, Maskın Zelenskini məsxərəyə qoymasının səbəbi onun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmağa məcbur edə bilməyəcəyi barədə bəyanatıdır.

"Mask Zelenskinin Ukraynanın “danışıqlar masası arxasında oturub dinləməyə” məcbur edilə bilməyən müstəqil ölkə olması ilə bağlı bəyanatını sadəcə ələ salıb”, - mətndə deyilir.

Xatırladaq ki, bir gün əvvəl Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin “gözəl yumor hissi” olduğunu söyləyib.

Seçilən
40
50
publika.az

10Mənbələr