AZ

Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü: Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür

Liderlərin hər COP-da iqlim dəyişikliyi ilə bağlı maliyyələşmə üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü Jaklin Amongin deyib.

O deyib ki, Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür:

"Gözləntilərim əsasən iqlim öhdəliklərinin nəticələri, qlobal iqlim maliyyələşdirilməsi və Afrika kimi iqlimə həssas ölkələrlə bağlıdır. Həmçinin liderlərin hər COP-da iqlim dəyişikliyi maliyyələşdirilməsi üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm. Amma ən əsası, adaptasiya mətnini görmək istəyirəm. Adaptasiya tədbirləri ikiqat artırılmalıdır".

Seçilən
26
ikisahil.az

1Mənbələr