Millimizin sabiq çalışdırıcı Əsgər Abdullayevin işsiz günləri başa çatıb. Bu yay “İmişli”dən ayrılan çalışdırıcı bundan sonra 2-ci liqa klubunun uğurları üçün çalışacaq.
İdman.biz xəbər verir ki, mütəxəssis artıq “Hypers Quba”nın «sükanı arxasına» keçməyə razılıq verib. Hələ müqavilənin detalları bəlli deyil.
Qeyd edək ki, “Hypers Quba” ötən həftə Vüqar Nadirovla yolları ayırıb (Football-plus.az).
İdman.biz