AZ

Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlanıb

2024-cü ilin 10 ayında ADY-yə məxsus yollarda qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 5 nəfər xəsarət alıb, 11 nəfər vəfat edib.Bu haqda ADY sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, dəmir yolunda qəza hadisələrinin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyinə görə baş verir:

"ADY qəzaların qarşısının alınması məqsədilə dəmiryol ətrafında yerləşən məktəblərdə maarifləndirmə işləri görür, sakinlərlə görüşlər keçirir.
Həmçinin yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanları artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir”.

Hər il dünyada təxminən 1,3 milyon insan yol qəzalarında həlak olur. Dəmir yollarındakı qəzalarda isə 7-10 min insan həyatını itirir.

www.anews.az
Seçilən
39
5
anews.az

10Mənbələr