AZ

Aksiya iştirakçısı: Frank Peloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub

ABŞ Konqresinin nümayəndəsi Frank Peloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub.

QAZÍLER.AZ bildirir ki,  bu  sözləri "Report"a açıqlamasında Frank Peloninin Azərbaycandan getməsini tələb edən aksiya iştirakçısı, Şəhid Ailələrinə Qayğı İctimai Birliyinin rəhbəri Müşfiq Əliyev deyib.

O bildirib ki, erməni lobbisinin maliyyələşdirdiyi Frank Peloninin Azərbaycanda görmək istəmirlər:

"Peloninin Azərbaycandan rədd olmasını istəyirik. Bu aksiyada iştirak edən QHT nümayəndələri hamısı eyni fikirdədir. O, bura BMT-nin təklifi ilə gəlib. Peloni hər zaman anti-Azərbaycan təbliğatı ilə məşğul olub və Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə fəaliyyət göstərib. Minlərlə azərbaycanlı, eləcə də qazi və şəhid ailələri ermənipərəst konqres nümayəndəsinin ölkəsinə qayıtmasını istəyir. Biz "Peloni rədd ol!" şüarını səsləndiririk. Onun BMT tərəfindən COP29-a dəvət olunması bizi çox incidib".

Qeyd edək ki, bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.

QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.

 

 

Seçilən
34
7
qaziler.az

10Mənbələr