AZ

Braziliyanın birinci xanımı İlon Maskı təhqir etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın birinci xanımı Rosancela Lula da Silva Rio-de-Janeyroda keçirilən G20 öncəsi ictimai tədbir zamanı amerikalı iş adamı İlon Maskı söyüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Birinci xanım tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyindən danışdığı zaman yüksək səsli siqnal eşidilib. Qadın zarafatla aşağı əyilərək bunu Maskın etdiyini deyib.
"Mən səndən qorxmuram, İlon Mask" deyən Braziliya prezidentinin həyat yoldaşı ardınca onu təhqir edib.
Mask "X"-də videoya gülüş emoji ilə reaksiya verib və Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın növbəti seçkidə uduzağını əlavə edib.
Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində, Rio-de-Janeyroda respublika prezidenti Lula da Silvanın sədrliyi ilə keçiriləcək.
Seçilən
43
31
oxu.az

10Mənbələr