“Əvvəllər yediyimiz konfetlərin rəngi nə dilimizə, nə də ki, ağzımıza çıxardı. Yox idi belə şeylər. İndi isə yeməklərin əksəriyyəti rənglidir”.
Ölkə.az OLAY-a istinadən bildirir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib.
Televiziya ulduzu indiki şirniyyatların keyfiyyətindən şikayətlənib:
“Əvvəllər yediyimiz şirniyyatların dadı, tamı və keyfiyyəti başqa idi. Onların içində də havası vardı. İndi marketlərə daxil olursan, hər şey var, amma keyfiyyətli olması sual altındadır”.