AZ

2025-ci ili hansı rəngdə geyim və obrazda qarşılamaq məsləhətdir?..

Yeni il üçün geyim, adətən, trendlər və bayram üslubu nəzərə alınmaqla, habelə növbəti ilin Çin təqvimi üzrə rəmzinə uyğun seçilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "life.nv.ua" nəşri yazıb.
 
2025-ci il Şərq təqviminə görə Taxta Yaşıl İlan işarəsi altında keçəcək. Hər ilin rəmzi təkcə interyerin bəzədilməsində deyil, həm də geyimdə müəyyən qaydalara riayət edilməsini diktə edir. Bu ilin əsas rəngləri yaşıl, mavi, boz və qəhvəyi rəngləridir.
 
Çalarlar həm dölğun, həm də solğun ola bilər, bu da hər kəsə öz zövqünə görə uyğun seçim etməyə imkan verir. 
 
Gəlin, Yeni, 2025-ci ildə əsas rənglərin əhəmiyyətinə nəzər salaq.
 
Yaşıl rəng
 
Bu, 2025-ci ilin əsas rəngidir. Yaşıl rəng təbiət, inkişaf və təşəbbüs rəngidir. Çalarlar incə ot rəngindən dolğun zümrüd rənginədək dəyişə bilər. Yaşıl rəng sabitliyə və emosional tarazlığa can atan insanlara uyğundur.
 
Mavi və firuzəyi rənglər
 
Bu rənglər sakitlik, etibar və dərinlik rəmzidir. Bu rənglərdən olan geyim seçilərsə, yeni perspektivlərə yol açmağa kömək edə bilər. Həm də belə rəngdə olan aksessuarlar mövsümün brendi hesab edilir.
 
Boz rəng
 
Bu, həm işgüzar, həm də bayram obrazları üçün uyğundur. Bu rəng incəliyi, təmkinliyi və daxili ahəngdarlığını vurğulamaq istəyənlər üçün ideal rəngdir. Lakin stilistlər açıq variantları deyil, dolğun rəngləri seçməyi məsləhət görür. 
 
Qəhvəyi rəng
 
Bu rəng etibarlılıq, sabitlik və təbiətlə əlaqə rəmzidir. Tünd-qəhvəyi və şokolad çalarlar obraza nəciblik və əminlik verəcək.
Seçilən
43
32
moderator.az

10Mənbələr