ABŞ Prezidenti Cozef Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisindəki hədəflərə qarşı ATACMS taktiki ballistik raketlərindən istifadə etməyə icazə verib.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Həmin məlumata görə, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə iki ay qalmış qəbul edilib və ABŞ-ın siyasətində ciddi dəyişiklik hesab olunur.
Məqalədə qeyd olunur ki, Baydenin müşavirləri arasında bu addımla bağlı fikir ayrılığı mövcuddur. Raketlərin Rusiya və Şimali Koreya hərbi qüvvələrinə qarşı, xüsusilə Ukraynanın Kursk vilayətindəki Silahlı Qüvvələrin müdafiəsi məqsədilə istifadə olunacağı ehtimal edilir.
Bu qərar, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin miqyasını genişləndirərək, Ukrayna ordusunun müdafiə qabiliyyətini artırmağa yönəlib. Lakin bu addımın regiondakı gərginliyi yeni boyuta daşıyacağı gözlənilir.