AZ

“İş yerində neyromüxtəliflik” mövzusunda panel müzakirəsi keçirilib

Noyabrın 17-də “İş yerində neyromüxtəliflik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fondunun Baş icraçı direktoru Anil Soni, “NEQSOL Holding”in dayanıqlılıq üzrə baş direktoru Kadri Özen və digər rəsmilər iştirak ediblər.

Panel müzakirəsi zamanı neyromüxtəlif fərdlərə dəstək üçün inklüziv təcrübələrin tətbiqi, bu sahədə iş təcrübələri və rast gəlinən çətinliklər, dəstəkləyən iş mühiti yaratmaq üçün praktik addımların atılması və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxışçılar neyromüxtəlifliyin öyrənmə və ünsiyyət pozuntuları da daxil olmaqla bir çox nevroloji pozulmaları əhatə etdiyini qeyd ediblər. Eyni zamanda, iş yerində neyromüxtəlifliyin dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Neyrodivergent insanların dünyanı unikal üsullarla gördüyünü nəzərə alaraq, onlar iş yerində həm fərdi rifaha, həm də peşəkar artıma təsiri olan çətinliklərlə qarşılaşa bilərlər. Bu baxımdan onlar üçün sensorlu iş məkanları və istirahət zonalarının yaradılması vacibdir.

Seçilən
9
9
yeniazerbaycan.com

10Mənbələr