AZ

Baydendən Ukraynaya yaşıl işıq: ABŞ-nin uzaq mənzilli raketləri Rusiyaya qarşı istifadə olunacaq

ABŞ Ukraynanın aylardır təkidli tələbini nəhayət qəbul etdi. ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli Amerika raketlərindən istifadə etmək üçün lazımi icazə verdiyi bildirilir. 
Sherg.az xəbər verir ki, “New York Times” qəzetinin məsələ ilə bağlı üç mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ Ukraynanın uzaqmənzilli raketlərdən istifadə tələbini qəbul edib.

Ukraynanın yaxın günlərdə Rusiyaya uzaq mənzilli raket zərbəsi endirməyə hazırlaşdığı bildirilir.

Hücumlarda 300 kilometr mənzilli ATACMS (ATAKMS) raketlərindən istifadə ediləcəyi qeyd olunur.

Yanvarın 20-də hakimiyyəti Donald Trampa təhvil verəcək Bayden aylardır Kiyev administrasiyasının uzaqmənzilli raketlərdən istifadə tələblərini rədd edirdi.

Ehtimal olunur ki, Moskvanın Rusiyanın Şimali Koreya qoşunlarını yerləşdirməsi və Ukraynaya intensiv raket hücumu Baydenin fikrini dəyişə bilər.

Qeyd edək ki, bir az əvvəl Rusiya prezidenti Vladimir Putin Amerika istehsalı olan uzaqmənzilli raketlərdən istifadənin müharibəni qızışdıracağı ilə bağlı xəbərdarlıq etmişdi.
Seçilən
57
11
sherg.az

10Mənbələr