AZ

Turşudan zəhərləmə ölümlə nəticələnib: Təhlükədən necə qorunmaq olar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərlənmə halları çox olur.
Xezerxeber.az xatırladır ki, bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.
Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, turşu məhsullarının hazırlanmasında bəzi məqamlar var ki, bunlara ciddi yanaşmadıqda zəhərlənmə, ölüm halı qaçılmaz olur. Turşu məhsullarının qablaşdırılmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Şüşə qablarda hazırlanan məhsullar bir -birinə yaxın və günəş şüaları altında saxlanmamalıdır.
Ekspert bildirib ki, istifadəyə yararsız konservləşmiş məhsulu qablaşdırmanın görünüşündən, qapağın altında yığılmış ağ təbəqədən və qoxusundan aydın etmək olur. Bu məhsullar qaranlıq şəraitdə saxlanmalı, otaq temperaturu isə 20-23 dərəcə arasında olmalıdır.
Ətraflı süjetdə:
Seçilən
16
9
oxu.az

10Mənbələr