Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdisahibkarlar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 53,3milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Trend DövlətStatistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki,neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qazsektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,3 faiziemal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 6,8 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 faiz,avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz, mebelistehsalı 40,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 faiz,elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, ağacın emalı vəağacdan məmulatların istehsalı 22,3 faiz, rezin və plastik kütləməmulatlarının istehsalı 20,4 faiz, tikinti materiallarınınistehsalı 19,6 faiz, içkilərin istehsalı 18,1 faiz, tütünməmulatlarının istehsalı 14,3 faiz, kimya sənayesi məhsullarınınistehsalı 10,3 faiz, kağız və karton istehsalı 9,7 faiz, qidaməhsullarının istehsalı 8,7 faiz, kompüter, elektron və optikməhsulların istehsalı 4,3 faiz, geyim istehsalı 3,9 faiz, neftməhsullarının istehsalı 2,6 faiz, dəri və dəri məmulatlarının,ayaqqabıların istehsalı 0,2 faiz artmış, toxuculuq sənayesiməhsullarının istehsalı 4,8 faiz, sair sənaye məhsullarınınistehsalı 6,8 faiz, maşın və avadanlıqların quraşdırılması vətəmiri işləri 8 faiz, poliqrafiya məhsullarının istehsalı 24,9faiz, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyatvasitələrinin istehsalı isə 52,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalıb, sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8faiz artıb.