AZ

"Lukoil-Azərbaycan"a yazılan cərimə protokoluna baxılacaq tarix açıqlandı

"Lukoil-Azərbaycan" QSC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin sədrliyi ilə noyabrın 28-də keçiriləcək.

 

Xatırlatma: protokol Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: QSC-nin qanuni təmsilçisi Zaur Cəlil oğlu Cəlilovdur.

 

Xəyal Quliyev

Tarix: 18 Noyabr 2024, 08:02   
Seçilən
35
5
pravda.az

6Mənbələr