AZ

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib

Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
29
6
operativmm.az

7Mənbələr