AZ

Dörd futbolçu bir oyunda ilk qolunu vurdu

İngiltərə millisi UEFA Millətlər Liqasının VI turunda İrlandiyanı darmadağın edib. 5:0 hesabı ilə bitən görüşdə Entoni Qordon, Konor Qallaqer, Carrod Bouen və Teylor Harvud-Bellis yığmada ilk qollarını vurub.

İngiltərə millisində 94 il sonra birinci dəfə bir oyunda 4 futbolçu debüt qoluna imza atıb. Sonuncu dəfə 1930-cu ildə Cimmi Hempson, Harri Burqes, Sammi Kroks və Erik Hauton Şimali İrlandiyaya qarşı matçda siftə etmişdilər.

Seçilən
39
futbolinfo.az

1Mənbələr