AZ

COP29 gündəmə gələn kimi ölkəmizə qarşı siyasi-diplomatik səfərbərlik elan olundu - AÇIQLAMA

“Ekologiyanı, iqlimi bölmək mümkün deyil. Əgər qlobal istiləşmə varsa, dünyanın bütün ərazilərini bürüyəcək".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politiloq Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev COP29 liderlər sammitində Fransanın yürütdüyü cinayətkar siyasət nəticəsinə inkişaf edə bilməyən, daha doğrusu inkişafdan məhrum qalan kiçik ada dövlətlərinin ekologiyasına vurulan zərərdən danışdı. Çünki bu dövlətlər dünya ekologiyasının tərkib hissəsidir.

Onun sözlərinə görə,  bu, təkcə Azərbaycana aid məsələ deyil:

"Bakıda keçirilən COP29 tədbirinə gəlməyən Fransa prezidenti Emmanuel Makron kimi şəxslərin əslində Avropadan başqa dünyanın digər ərazilərini "cəngəllik" hesab edən Cozef Borrelin düşüncəsini paylaşdıqlarını hesab edirəm. Onların düşüncə tərzi bundan ibarətdir. Makron öz administrasiyası ilə əlindən gələni edir ki, onun müstəmləkəçiliyində olan ərazilər genişlənsin, nəinki azalsın. Onları dünya, bəşəriyyət, insanlıq və onların problemləri, iqlim qətiyyən narahat etmir. Məhz ona görədir ki, ayrılan milyardlarla pulların müqəddəratı hələ də bilinmir. Azərbaycan tribunasından istifadə edilərək həmin qanunsuzluqlar, hüquqa zidd əməllər ifşa olunur".

Xəyal Bəşirov: Makronu bəşəriyyət, insanlıq, iqlim narahat etmir

Analitik vurğulayıb ki, COP29-la bağlı məsələ, yəni Azərbaycanın ev sahibliyi ilə bağlı məsələ gündəmə gəldikdən sonra hər birimiz şahidi olduq ki, ölkəmizə qarşı siyasi-diplomatik səfərbərlik elan olundu:

"Bundan hər addımda Azərbaycana qarşı siyasi alət kimi istifadə etməyə cəhd göstərdilər. İndi həmin dairələr, Borrel və Fransa rəhbəri Azərbaycanı bu tədbirdən siyasi tribuna kimi istifadə etməkdə suçlayır. Halbuki, Azərbaycan dövlətinin rəhbəri dəfələrlə öz mövqeyini bildirib və vurğulanıb ki, COP 29 platformasını siyasi ittihamlar platformasına çevirmək olmaz".

Aydın Baxış

Seçilən
37
50
bakivaxti.az

10Mənbələr