Aktual.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib.
"Ukrayna ilə bağlı danışıqlar zəruridir. Ukraynadakı vəziyyət səbəbindən Avropanın maliyyə və hərbi resursları tükənib. Moskva ilə Kiyev arasındakı hərbi əməliyyatları yalnız danışıqlar masası arxasında dayandırmaq mümkündür. Bu, hərbi münaqişə deyil, Ukrayna ərazisində Rusiya ilə ABŞ arasında xüsusi hərbi əməliyyatdır. Hərbi əməliyyatları maliyyə və ya hərbi yardım vasitəsilə dayandırmaq mümkün deyil”, - Fitso bildirib.