AZ

ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb (FOTO)

Bakı.Trend:

"ASAN Könüllüləri" Təşkilatının ölkəmizdə keçirilən “BirləşmişMillətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29çərçivəsində reallaşdırdığı “Könüllülərin ekoloji düşərgəsi”layihəsi başa çatıb.

Trend xəbər verir ki, sosialtəşəbbüs Özbəkistan Könüllülər Assosiasiyasının birgətəşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyiilə reallaşdırılıb.

Bağlanış mərasimi COP29 ərazisinin Yaşıl Zonasında baştutub.

Tədbir çərçivəsində reallaşdırılan panel sessiyada iqlimdəyişikliyinin cəmiyyətimizə təsiri və həll yolları haqqındadanışıqlar aparılıb.

Sessiyada Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru AygünƏliyeva, Prezident yanında Vətəndəşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri NaziləHüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiriSəyyarə Məmmədova, Özbəkistan Könüllü Assosiasiyasının direktoruŞirin Abidova və qurumun İdarə heyətinin üzvü Laziz Nigmanov çıxışediblər.

Layihənin hesabat videoçarxı da izlənilib və iştirakçılartəəssüratlarını bölüşüblər.

Ümumilikdə 30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatəedən layihənin məqsədi gənclərin diqqətini iqlim dəyişikliyinintəsirinə və həllinə cəlb etmək, bilik və bacarıqlarıngücləndirilməsinə təşviq etmək olub. Eləcə də könüllülük sahəsiüzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətrafmühitin qorunması istiqamətində atılan addımlarda gəncləriniştirakçılığını artırmaq əsas hədəflər idi.

Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizəistiqamətində müxtəlif ekoloji həll yolları hazırlayıb vəpeşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak ediblər.Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları iləzənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirəntədbirlərlə davam edib.

Düşərgənin ilk 2 günü “Türk dünyasının gənclər paytaxtı”Lənkəranşəhərində baş tutub.

ASAN könüllülləri ictimaiyyətin diqqətini ekoloji tarazlığınbərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasınayönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə"Yaşıl ASAN" ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə,100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

ASAN
ASAN
ASAN
Seçilən
65
10
az.trend.az

10Mənbələr