AZ

İsrail prezidentinin Azərbaycana səfərinin təxirə salınması təsdiqlənib

Türkiyə İsrail prezidenti İsaak Hersoqun Bakıya səfərinin ləğv edilməsini hava məkanını bağlanmasını ilə bağlı olduğunu təsdiq edib. Bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. 

Bir gün əvvəl məlum olmuşdu ki, prezident İsaak Hersoq  BMT-nin iqlim sammiti (COP-29) çərçivəsində Azərbaycana səfəri "təhlükəsizlik səbəbi ilə” ləğv edilib.

"Əsl səbəb Türkiyənin İsrail prezident təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi olub”, - nəşr yazır.

İsrailin "Yedioth Ahronot” qəzeti də mənbələrə istinadən xəbər verir ki, Azərbaycan rəsmiləri xəbəri təsdiqləyib.

Noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İsraillə bütün əlaqələrini kəsdiyini bəyan edib. 
 
Onun sözlərinə görə, Türkiyə gələcəkdə İsraillə münasibətləri normallaşdırmaq üçün heç bir addım atmayacaq.
 
Gülnar 

www.anews.az
Seçilən
49
anews.az

1Mənbələr