AZ

7 milyard dollarlıq bitkoini oğurladı, həbs edildi

Tarixin ən böyük kibercinayətlərindən birini törədən kompüter mütəxəssisi İlya Lixtenşteyn 5 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildə Lixtenşteyn Honq-Konqda "Bitfinex" birjasını sındıraraq 120.000 bitkoin oğurlayıb.

Oğurluq zamanı bu məbləğ 71 milyon dollar idi və hazırda 7,6 milyard dollardan çoxdur.

Lixtenşteyn arvadı Hizer Morqanın köməyi ilə çirkli pulların yuyulması üçün mürəkkəb sxemlər həyata keçirib. Onlar 2022-ci ildə həbs olunduqları zaman dəyəri 1 milyard dollardan çox olan oğurlanmış vəsaitlərin təxminən 21%-ni yuya biliblər. Səlahiyyətlilər oğurlanmış bitkoinlərin 96%-dən çoxunu geri qaytarıblar.

Rusiyada doğulmuş və ABŞ vətəndaşı olan Lixtenşteyn əməlindən peşman olduğunu bildirib. Onun “Rəzzləxan” kimi tanınan həyat yoldaşı daha az rol oynayıb və 18 ay həbs cəzası ilə üzləşib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
redaktor.az

1Mənbələr