"Əl-Hilal"da çıxış edən Neymar gələcəyi ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
32 yaşlı vinger yetirməsi olduğu "Santos"la anlaşıb. Ulduz futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin ləğv edilməsi istiqamətində danışıqlar aparır.
Qeyd edək ki, Neymar ötən ilin yayında "Əl-Hilal"a keçib. Təcrübəli oyunçu zədə səbəbindən komandanın heyətində cəmi 7 rəsmi matçda iştirak edə bilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta