AZ

Vergi və gömrük güzəştlərinin dövlət büdcəsinə hesablanmayan məbləği açıqlanıb

Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə aparılan qiymətləndirməyə əsasən 2023-cü ildə vergi ve gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmaların dövlət büdcəsinə hesablanmayan məbləği 6 milyard 132,1 milyon manat təşkil etmişdir ki, bunun da 3 milyard 764.8 milyon manatı ölkədaxili, 2 milyard 367,3 milyon manatı isə idxal əməliyyatları üzrədir.

APA-Economics” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, vergi və gömrük sahəsinə aid qanunvericilik aktlarında güzəşt ve azadolmaların təhlilləri aparılarkən onların xüsusiyyətləri, o cümlədən sahəvi strukturlaşma (beynəlxalq müqavilələr və prinsiplər, maliyyə xidmətləri, sosial baxımdan həssas əhali qrupu, qeyri-kommersiya fəaliyyəti, humanitar və texniki yardım kompensasiya ödənişləri, sahibkarlıq fəaliyyəti və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər) kimi hədəfli yanaşma tətbiq olunur Belə ki, büdcə-vergi siyasətinin istiqamətlərində qeyd edildiyi kimi, güzəşt və azadolmaların təsnifləşdirilməsi aparılmış və qiymətləndirmə metodologiyası dəyişdirilməklə, malların (işlərin və xidmətlərin) ixracı ilə bağlı güzəşt və azadolmalar, o cümlədən ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunma beynəlxalq tərübədə qəbul olunan prinsiplərə əsaslandığı üçün hesablamalarda nəzərə alınmayıb.

Seçilən
12
apa.az

1Mənbələr