Cari ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib.
Hafta.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 noyabr 2024-cü il tarixinədək 646,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7 milyon ton neft, 227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 1 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca nəql edilib.