AZ

Azərbaycanda oktyabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 79 947 ton olub.

"APA-Economics" xəbər verir ki, bunun 65 462 tonunu xam neft, 14 485 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 8 797 ton geridə qalıb.

Seçilən
9
apa.az

1Mənbələr