Azərbaycanınn xarici ticarət dövriyyəsinin 2025-ci il üzrə həcmi 39,8 mlrd. dollar proqnozlaşdırılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Bunun 22,47 mlrd. dolları ixracın, 17,4 mlrd. dolları isə idxalın payına düşür. Başqa sözlə, xarici ticarət dövriyyəsinin müsbət saldosu üzrə proqznoz 5,11 mlrd. dollar təşkil edir.
2026-2028-ci illərdə ixracın həcmi 20-22 mlrd. dollar, idxalın həcmi isə 18-20 mlrd. dollar civarında proqnozlaşdırılıb.
Proqnoza əsasən xarici ticarət dövriyyəsinin müsbət saldosu 2026-cı ildə 2,9 mlrd. dollar, 2027-ci ildə 2,9 mlrd. dollar, 2028-ci ildə isə 1,89 mlrd. dollar olacaq.
Qeyd edək ki, xarici ticarət dövriyyəsi 2023-cü ildə isə 51,2 mlrd. dollar, bu ilin ilk doqquz ayında 34,5 mlrd. dollar təşkil edib.