AZ

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Cari İran ilinin 7 ayı (20 mart -21 oktyabr 2024) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -22 oktyabr 2023) müqayisədə dəyər baxımından 33%, çəki baxımından 15% artıb.

Bu barədə Fins.az İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.

Statistikaya əsasən, 7 ayı ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı 403 milyon dollar dəyərində 515 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 303 milyon dollardan çox dəyərdə 447 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 7 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti 422 milyon dollar dəyərində 524 min ton təşkil edib.

Əlavə edək ki, cari İran ilinin 7 ayı ərzində İranın qeyri-neft məhsul ixracı 32,5 milyard dollar dəyərində 88,7 milyon ton təşkil edib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15%, çəki baxımından 11,4% artıb.

Fuad Mədətov
Fins.az

Seçilən
9
1
fins.az

2Mənbələr