AZ

Zaur Hacıyev "Benfika"nın matçını idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, referi noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçını idarə edəcək.

O, kişi voleybolçulardan ibarət “Kalkit Kamnik” (Sloveniya) və “Benfika” (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq. Birinci hakim funksiyasını isə Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Avropa çempionatı Azərbaycanda!

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb

“Abşeron” kubokun sahibi olub

"Xilasedici" ölkə kubokunun qalibi olub

“Azərreyl” və “Xilasedici”dən qələbə

Seçilən
4
5
apasport.az

8Mənbələr