Çində Vuxi İncəsənət və Texnologiya Peşə Məktəbinin tələbəsi imtahandan kəsildikdən sonra bıçaqlı hücum təşkil edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hücumu törədən 21 yaşlı Xu hadisə yerində yaxalanıb.
Hücumun səbəbi kimi Xunun imtahanlarda uğursuzluğu və təcrübə keçdiyi yerdəki maaşdan narazı olması göstərilib.
Bu hadisə bir həftə ərzində ikinci ölümcül hücum olub.
Mikayıl