AZ

Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...

MəcnunSon 7 ayda Azərbaycandan 54.5 milyon dollar dəyərində 8 844 ton meşə fındığı ixrac olunub.Ötən ilin eyni dövründə bu 64.3 milyon dollar dəyərində – 12 920 ton idi.Azərbaycanda fındıq bağlarının sahəsi son 24 ildə artıb.2000-ci ildə 18350 ha, 2010-cu ildə 28975 ha, 2023-cü ildə 81801,5 hektara qədər artım göstərib.Fındıq ixracı niyə azalıb?Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli deyir ki, fındığın ixracında azalmanın səbəblərindən başlıcası odur ki, dünya bazarında nəyin qiyməti qalxırsa, “ondan satsaq daha çox qazanarıq” məntiqi ilə yanaşılma olur. Ekspert hazırda fındığın ixrac dəyərinin düşdüyünü bildirir:“Dünya bazarında fındığın dəyəri ucuzlaşıb. Azərbaycanda isə məhsuldarlıq aşağı düşdü, bu, o deməkdir ki, məhsulun maya dəyəri artdı. İstehsalçılara yeni qiymətdən fındıq ixrac etmək sərf etmir”.Zaqatalada fındıqçılıq təsərrüfatında çalışan sahibkar Elçin Xanverdiyev isə deyib ki, ixracın azalmasında səbəb məhsuldarlığın az olmasıdır:“Əvvəlki illər məhsuldarlıq daha yaxşı olmuşdu. Bu il isə məhsuldarlıq əvvəlki illərə nisbətən daha aşağıdır. Su problemi var, zərərverici həşəratlar var, hamısı təsir edir. İxracın artırılması üçün məhsuldarlıq artırılmalıdır”,- fındıqçı bildirib.Kənd təsərrüfatı sahəsindəki problemləri dilə gətirən Vahid Məhərrəmli deyib ki, əgər hökumət fındıqçılığı inkişaf etdirmək istəyirdisə, ərazini yox, məhsuldarlığı artırmaqda maraqlı olmalı idi, lakin əksinə meşə fondu hesabına fındıq əraziləri artırıldı.“Yeni növ fındıq kolları var, maya dəyəri bahadır. Bu növlər əkilməli idi. Ümumiyyətlə baxmaq lazım idi ki, əldə olan fındıq bağından məhsuldarlığı necə artırmaq olar? Amma meşəni qırmaq daha asan yol idi. Dəfələrlə xəbərdarlıq etdim. Dedim ki, siz çalışın fermerlərlə, kəndlilərlə işləyin, onlarda maraq yaradın. Hansı problemlə qarşılaşırlarsa, həll edin. Belə olan halda irəliləyiş olacaq. Biz məhsuldarlığı 2-3 dəfə artırsaq, elə indiki həcmdə məhsul əldə edəcəkdik. Əraziləri 2 dəfə artırmağa ehtiyac olmayacaqdı”,- Vahid Məhərrəmli deyib.İqtisadçının korrupsiya şübhələri2021-ci ildə korrupsiya araşdırmaları edən iqtisadçı Qubad İbadoğlu mediaya bildirib ki, Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağında, çınqıllı ərazidən salınan fındıq bağından məhsuldarlıq gözləməyə dəyməz. İqtisadçı fındıq bağlarının məmur biznesi olduğunu deyib və bu məmurların subsidiya adı altında pul mənimsədiklərinə diqqət çəkib:“Fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq. İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət varmış?!”Korrupsiya araşdırmalarına görə siyasi motivlərlə həbs olan, hazırda isə ev həbsi yaşayan İbadoğlunun bu iddialarını Kənd Təsərrüfatı Nazirliyi həmin vaxt (red: 2021-ci ildə) təkzib edib.Dolanışığı fındıqdan çıxanlar: “Utanıram, qızımın institut pulunu verə bilmədim”Zaqatalada fındıq bağlarında çalışan 41 yaşlı Elçin Xanverdiyev gözünü fındıqçılığın içində açıb. Fəhləlikdən gələn gəlirlə son 10 ildə evini təmir etdirib, “VAZ 2106” markalı maşın alıb. Amma bu yaydan zərərlə çıxdığı üçün sahibkardan pulunu ala bilməyib.“Qızım instituta qəbul oldu, dedi ki, təhsil haqqını birdəfəyə ödəmək lazımdı, amma pulunu verə bilmədim, utanıram. Ayıbdır axı ata üçün. Borc aldım, amma necə qaytaracam bilmirəm”,- fındıqçı danışıb."Dia.az"

Seçilən
19
yenisoz.az

1Mənbələr