AZ

Avropa təhlükədə: NATO Rusiyaya qarşı müharibəyə qoşulur?

“Mətbuatın Ermənistanın təhlükəsizlik və məhkəmə idarələrinin rəhbərlərinin irimiqyaslı istefaları barədə xəbər tutması və bu barədə gecə yazması heç də o demək deyil ki, bu proseslər günün konkret vaxtında baş verib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu noyabrın 18-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim “Mülki müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı cümə günü respublika hökumətinin iclasında olub. "Bu çıxışın özü nəticələrinin olacağını nəzərdə tuturdu", - Aleksanyan bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa veriblər.

Xəzər

“Cebheinfo.az”

Seçilən
22
cebheinfo.az

1Mənbələr