AZ

Rusiya tankerinə görə, İstanbul boğazı bağlandı

Rusiyadan gələn “Nazan” tankerinin sıradan çıxması səbəbindən Boğaziçi boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.

Türkiyənin Kocaeli vilayətinə gedən 114 m uzunluğundakı gəminin sükanında nasazlıq yarandığı qeyd edilir. Tankerə kömək etmək üçün iki yedək gəmisi göndərilib.
Xatırladaq ki, ötən həftə “Bloomberg” Aİ-nin Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırdığını yazmışdı.

Agentliyin məlumatına görə, sanksiyalar paketinə əlavə ticarət məhdudiyyətləri, Rusiyanın kənd təsərrüfatı mallarına rüsumların artırılması, həmçinin Rusiya neftini daşıyan tankerlərə qarşı məhdudiyyətlər daxil ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr