AZ

2025-ci ilin dövlət büdcəsində bəzi yeniliklər tətbiq edildi

Image

Aparılan təhlillər 2025-ci ilin dövlət büdcəsi layihəsinin təqdim olunan sənədlərində bəzi yeniliklərin tətbiq edildiyini göstərir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, əvvəlki ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib.

“Əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır.

Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. Qeyd etmək istərdim ki, izahatda əks etdirilmiş bu risk indikatoru üzrə narahatlığı biz də bölüşürük".





Seçilən
13
2
baki-xeber.com

3Mənbələr