COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Cənubi Qafqazda “yaşıl infrastruktur”un genişləndirilməsi istiqamətində əhəmiyyətli addım ataraq, Azərbaycanda ilk özəl sektorun iştirakı ilə bərpa olunan enerji layihəsi üçün 160 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb. Bu barədə SİA-ya bankdan bildirilib.“Abu Dhabi Future Energy Company”PJSC (Masdar) ilə əməkdaşlıq çərçivəsində bu investisiya hesabına iki günəş fotovoltaik (PV) elektrik stansiyasının - 315 MVt gücündə Banka Günəş PV Elektrik Stansiyası (Banka Solar) və 445 MVt gücündə Biləsuvar Günəş PV Elektrik Stansiyasının (Biləsuvar Solar) inkişafı, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi maliyyələşdiriləcək. Azərbaycan hökuməti tərəfindən təyin edilmiş “SOCAR Green” şirkəti “Masdar”ın yerli tərəfdaşı olaraq layihəyə qoşularaq, ölkənin aşağıkarbonlu gələcəyə sadiqliyini bir daha vurğulayır, məlumatda deyilir. Layihəni həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.Günəş elektrik stansiyaları təmiz, sərfəli enerji təchizatı təmin edərək, illik təxminən 757 minton CO₂ekvivalent istixana qazı emissiyalarını azaldacaq və əhəmiyyətli yerli məşğulluq imkanları yaradacaq. Layihə həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsindəki iqlim hədəflərinə və yenilənmiş Milli Təyin Edilmiş Töhfələrinə (NDC) nail olmasına kömək edəcək, məlumatda deyilir.“Bu layihə ilə AIIB Azərbaycanın iddialı enerji keçidini dəstəkləməyə, günəş enerjisindən istifadə edərək dayanıqlı enerji infrastrukturu yaratmağa və ölkənin iqlim məqsədlərinə çatmasına kömək etməyə sadiqdir, - deyə AIIB-nin Qlobal Layihə və Korporativ Maliyyə Müştəriləri üzrə Baş Direktoru Nacib Heydər bildirib. - Bu maliyyələşdirmə, AIIB-nin bərpa olunan enerji layihələrini genişləndirmək və Azərbaycan və region üçün dayanıqlı gələcək təmin etmək məqsədilə özəl kapitalın səfərbər edilməsinə sadiqliyini vurğulayır”.Bu əməliyyat, AIIB-nin Azərbaycanda üçüncü, lakin ölkədəki ilk suveren təminatsız krediti olmaqla, Bankın portfelini şaxələndirmək və Qafqaz regionunda bərpa olunan infrastrukturun gücləndirilməsinə sadiqliyini göstərir. Bu günə qədər AIIB Qafqazda enerji və nəqliyyat kimi sektorları əhatə edən və regionun uzunmüddətli inkişafı və dayanıqlığını dəstəkləməyə yönəlmiş yeddi layihəni maliyyələşdirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta