AZ

“Ədalətli keçiddə vergi siyasətinin rolu” mövzusunda panel müzakirəsi keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Ədalətli keçiddə vergi siyasətinin rolu” mövzusunda panel müzakirəsi keçirilib.

“PwC Azərbaycan” şirkətinin təşkilatçılığı və şirkətin vergi direktoru Günel Sadiyevanın moderatorluğu ilə keçirilən paneldə ədalətli və davamlı enerji keçidinin təşviqində vergi siyasətinin əsas rolu müzakirə edilib.

İştirakçılar aşağı karbonlu iqtisadiyyata doğru fəaliyyətlərdə biznes üçün sosial və iqtisadi təsirləri müzakirə ediblər. Müzakirələrdə panel iştirakçıları karbon emissiyalarının birbaşa qiymətlərinin müəyyən edilməsi üçün tətbiq edilən ekoloji vergi alətləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, vergi siyasəti yaşıl təşəbbüsləri dəstəkləmək, həssas icmaları qorumaq və iqtisadi artımı stimullaşdırmaq üçün lazım olan maliyyə və tənzimləyici bazanı təmin etməklə bu prosesdə mühüm rol oynayır. Bu tədbir, xüsusən də Azərbaycan kontekstində ədalətli keçidi asanlaşdırmaq üçün vergi siyasətindən necə səmərəli istifadə oluna biləcəyini araşdıracaq.

Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev Azərbaycanda karbon qiymətlərinin müəyyən edilməsi ilə sıx əlaqəli olan üçüncü nəsil Milli Müəyyən edilmiş Töhfələrin (NDC) tətbiqi üzərində fəal işlərin aparıldığını bildirib. Qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (FCCC) əsasən, Paris öhdəliklərinin bir hissəsi kimi NDC təqdim etmiş ölkələrin üçdə ikisi bu iqlim tədbirlərinin maliyyələşdirilməsi vasitəsi kimi NDC-ni öz ölkələrinin karbon qiymətlərinin müəyyən edilməsi alətləri ilə əlaqələndirir.

DVX rəisinin müşaviri bildirib ki, karbon qiymətləri müəyyən bir yurisdiksiyaya uyğunlaşdırılmalı olan bir mövzudur və mövcud alətlərdən ən klassiki vergi administrasiyası tərəfindən təklif olunan karbon vergisidir. Hazırda bütün dekarbonizasiya gündəliyi emissiyaların azaldılmasına yönəlib. Buna görə də birbaşa emissiya yanaşması daha əlverişlidir. Lakin texniki inkişaf vasitələrinə sahib olmaq üçün hökumətdən çoxlu investisiya və təcrübə tələb olunur.

Panel müzakirələrdə BMT Qlobal Sazişinin baş direktoru Samir Məmmədov, həmçinin “Bioropean MMC”-nin təsisçisi və direktoru Emin İlyas mövzu ilə bağlı çıxış ediblər.

Seçilən
29
vergiler.az

1Mənbələr