AZ

Gənc şairin yeni kitabının imza mərasimi keçirilib - FOTOLAR

 

Gənc şair Samir Əfsəroğlu yeni “Rəssam, sən susduğum yerləri çək” şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.

 

Missiya.Az xəbər verir ki, kitabın təqdimat mərasimində poeziyasevərlər, söz aşiqi olanlar və ədəbiyyatla musiqinin harmoniyasını hiss etmək istəyənlər iştirak edib.

 

Tədbirdə çıxış edənlər Samir Əfsəroğlunu, sadəcə, bir şair kimi deyil, həm də dövrünün səsini, cəmiyyəti duyğularını, həmçinin itirilmiş ümidlərin tərcümanı olan bir sənətkar kimi xarakterizə ediblər.

 

Bildirilib ki, kitabın adı heç də təsadüfən seçilməyib. Bir tərəfdən şairin sükutunu bədii şəkildə ifadə etməsi, digər tərəfdən isə hər kəsin susduğu, lakin içindəki hisslərin ən yüksək həcmi ilə dilləndiyi bir həyat dramını canlandırmasıdır. Bu kitab yalnız şairin ürəyinin döyüntüsü deyil, həm də bu torpaqlarda yaşayan hər bir insanın duyğularının bir təzahürüdür.

 

İmza mərasimində şairin sözlərinə bəstələnmiş əsərlər də səsləndirilib.

 

Sonda şair öz imzası ilə yeni kitabını şeirsevərlərə təqdim edib.

 

Seçilən
4
3
missiya.az

4Mənbələr