"İqlim dəyişikliyindən daha çox əziyyət çəkən səhiyyə komponenti, əlbəttə ki, təcili tibbi yardım sistemidir".
APA xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bugünkü mətbuat konfransında APA TV-nin əməkdaşının sualını cavablandırarkən bildirib:
"Bu istiqamətdə daha əvvəl göstərilən səyləri də nəzərə alsaq, onu deyə bilərəm ki, bu gün imzalanan təşəbbüslər bizim iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha əvvəl atdığımız addımlarla bundan sonra həyata keçirəcəyimiz tərbirlər arasında sinerji yaradır. Onların unudulmasını mümkünsüz edir. Eyni zamanda koalisiya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımları daha təşkilatlanmış və daha güclü bir şəkildə atmağa şərait yaradır. Habelə bu təşəbbüslər nəticəsində insan həyatının bütün komponentləri arasında vəhdət yaradılması mümkün olacaq. İkincisi, biz səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik".