AZ

Joze Mourinyodan 13 yaşlı azarkeşinə unudulmaz sürpriz - VİDEO

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo, "Zenit"lə keçirilən yoldaşlıq oyununda klubun 13 yaşlı azarkeşi Efeyə böyük jest edib.   Manset.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Gənc azarkeş Mourinyonun qərarı ilə matçı ehtiyat skamyasından izləmək imkanı əldə edib. "Zenit"lə oyunu tribunadan izləmək üçün stadiona gələn Efe, matçdan əvvəl Joze Mourinyo ilə şəkil çəkdirmək istəyib. Portuqaliyalı məşqçinin gözlənilməz qərarı ilə əvvəlcə meydana, daha sonra ehtiyat skamyasına keçən Efe həyatında unudulmaz bir an yaşayıb. Komandanın kapitanı Mert Hakan Yandaş, ehtiyat skamyasındakı gənc azarkeşi görəndə onu soyunma otağına aparıb. Klubun futbolçularını qarşısında görən Efe həyəcanını gizlədə bilməyib. "Bu gerçəkdir? İndi əl-ayağım əsir. Tadiç 5 metr qarşımdadır və mən heç bir reaksiya verə bilmirəm. Bu sanki yuxu kimidir", - sözləri ilə Efe hisslərini ifadə edib. 13 yaşlı "Fənərbağça" azarkeşi matçı ehtiyat skamyasında futbolçularla birlikdə izləyib. Oyunun sonunda Efeyə Tadiçin forması hədiyyə edilib. Gənc azarkeş futbolçular və Joze Mourinyo ilə xatirə şəkli çəkdirdikdən sonra stadionu tərk edib.

Seçilən
53
1
manset.az

10Mənbələr