AZ

Ahıska türklərinin hər zaman yanındayıq - Fahrettin Altun

Bakı, TurkicWorld

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Direktoru Fahrettin Altun Ahıska türklərinin vətənlərinə dönüş mübarizəsinə Türkiyənin davamlı dəstək verdiyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Altun Ahıska Türklərinin Hüquqi və Sosial Problemləri üzrə II Beynəlxalq Simpoziumun açılışında göndərdiyi video müraciətdə bildirib.

Altun bildirib ki, "Türkiyə Ahıska türklərinin 80 illik sürgün yaralarının sağalması üçün böyük diplomatik səylər göstərmiş və bu mübarizəni sona qədər davam etdirəcəkdir."

Tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Dünya Ahıska Türkləri Birliyi və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin ortaqlığı ilə təşkil olunub.

Altun, Ahıska sürgünündə həyatını itirənlərə Allahdan rəhmət diləyərək, bu faciəni "bəşər tarixinin qara ləkəsi" adlandırıb.

O, həmçinin Ahıska türklərinin problemlərinin akademik müzakirələr və beynəlxalq əlaqələr vasitəsilə həllinin vacibliyini qeyd edib.

Altun qeyd edib ki, “Birlik və həmrəylik bir millətin gücüdür. Bizim vəzifəmiz Ahıska türklərinin 80 illik sürgün yaralarını sağaltmaq, mədəniyyətlərini və kimliklərini qoruyaraq gələcək nəsillərə ötürməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan da Ahıska türklərinin məsələsini hər platformada müdafiə etməyə davam edəcəyini dəfələrlə vurğulayıb. “

Altun, Türkiyənin Xaricdəki Türklər Başçılığı və TİKA vasitəsilə Ahıska türklərinin tarix, mədəniyyət və irsinin qorunması üçün layihələr həyata keçirdiyini bildirib.

Altun əlavə edib ki, Ahıska türkləri kimi, Türkiyə, Xocalı, Bosniya və Qəzzədəki soyqırımlara qarşı da həmişə səsini yüksəldib.

"Bəzi sivilizasiyalar insan haqlarını müdafiə etdiklərini iddia etsələr də, müsəlmanların qanına və canına gəldikdə susurlar. Amma biz susmayacaq və haqq səsimizi yüksəltməyə davam edəcəyik."

Qeyd edək ki, 2002-ci ildən sonra Türkiyə vətəndaşlığı alan Ahıska türklərinin sayı 15 dəfə artaraq yüz minlərlə insana çatıb.

Seçilən
32
50
turkic.world

10Mənbələr