AZ

Rusiya Kiyevin ATACMS zərbələrinə necə cavab verəcək?

Rusiya Amerikanın ATACMS raketləri ilə bağlı Ukraynaya verilən icazəyə cavab olaraq Kiyevdə hökumət binalarına zərbələr endirə bilər. Bundan başqa, məlum qərara Dnepr su elektrik stansiyasını və Ukrayna infrastrukturunu dağıtmaqla cavab verilə bilər. Bu fikri Gazeta.Ru-ya hərbi ekspert, polkovnik Mixail Xodarenok deyib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki hədəflərə qarşı taktiki ballistik və qanadlı raketlərin ilk buraxılışını həyata keçirən kimi, Rusiya Silahlı Qüvvələri Ukraynada sadaladığım hədəflərə raket və hava zərbələri endirmək hüququna malikdir”, - polkovnik qeyd edib.

Bundan əlavə, münaqişənin gərginləşməsinə cavab olaraq Rusiya Ukraynanın paytaxtındakı körpü keçidlər də daxil olmaqla, Dnepr üzərindən keçən bütün avtomobil və dəmir yolu körpülərini dağıtmaq hüququna malik olacaq.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Tural

Seçilən
25
1
news365.az

8Mənbələr