AZ

Deputat Könül Nurullayeva beynəlxalq tədbirdə iştirak etmək üçün Kambocaya gedəcək


Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Könül Nurullayeva noyabrın 19-da Kamboca Krallığının Pnompen şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı səfər çərçivəsində noyabrın 21-24 tarixində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 12-ci Baş Assambleyasının iclasının və noyabrın 23-26-da keçiriləcək Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentin 11-ci Plenar Sessiyanın işinə qatılacaq, həmçinin Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Səfər noyabrın 27-də başa çatacaq.

Süleyman
Seçilən
1
1
newscenter.az

2Mənbələr