AZ

İcraçı direktor:"Xəzər dənizinin səviyyəsi düşməkdə davam edəcək"

"İqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin səviyyəsi düşməkdə davam edəcək".

Avtosfer.az xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen deyib.

O bildirib ki, iqlim dəyişikliyinin yaratdığı fəsadlar Xəzər dənizinə də təsir edir:

"Biz yarana biləcək problemlərin qarşısını almaq üçün birlikdə işlədiyimizdən əmin olmalıyıq. Əgər birgə səy göstərməsək, Xəzər dənizinin səviyyəsi gün keçdikcə daha da düşəcək. Məhz bu səbəbdən əməkdaşlıq üçün çalışmalıyıq".

Seçilən
6
1
avtosfer.az

2Mənbələr