Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 314,9 milyon manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Neft məhsullarından mazut istehsalı 5,1 dəfə, sürtkü yağları istehsalı 13,3 faiz, ağ neft istehsalı 11,1 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb.
Avtomobil benzini istehsalı 0,7 faiz, neft koksu istehsalı isə 11,1 faiz azalıb.
Əvəz Həsənov