AZ

Azərbaycanda ən aşağı inflyasiya haradadır? -RƏSMİ

2024-cü ilin yanvar-oktyabr ayları ərzində inflyasiya səviyyəsi 1,7 faiz olub.

Gundem.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə ölkənin bütün şəhər və rayonlarında qiymət artımları müşahidə edilib. Lakin bəzi yaşayış məntəqələrində inflyasiya ölkə üzrə orta göstəricidən yüksək, bəzilərində isə çox aşağı qeydə alınıb.

Azərbaycanda ən yüksək inflyasiya Naxçıvan Muxtar Respublikasında olub. Muxtar Respublikada on aylıq inflyasiya 4,3 faiz təşkil edib. Xatırladaq ki, Naxçıvan əvvəlki illərdə aşağı inflyasiya göstəriciləri ilə seçilirdi. Amma artıq ikinci ildir ki, Muxtar Respublikada qiymət səviyyəsində daha güclü artım müşahidə edilir.

Azərbaycanda Naxçıvandan başqa, Astara rayonunda (3,9 faiz), Kürdəmir rayonunda (3,7 faiz), Tərtər rayonunda (3,7 faiz), Naftalan şəhərində (3,6 faiz), Sabirabad rayonunda (3,6 faiz), Ağstafa rayonunda (3,5 faiz), Abşeron rayonunda (3,2 faiz), Goranboy rayonunda (3,2 faiz) ölkə üzrə orta göstərici ilə müqayisədə daha yüksək inflyasiya qeydə alınıb.

Bu il Azərbaycanda ən aşağı inflyasiya isə Hacıqabul, Bərdə, Göyçay, Şabran rayonlarında müşahidə edilib. Hacıqabul və Bərdədə 0,8 faiz, Göyçay və Şabranda isə 0,9 faiz bahalaşma baş verib.

Seçilən
24
1
gundem.az

2Mənbələr